İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının böyük yeraltı infrastrukturunun yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatın uğurla başa çatdığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın "X" hesabında məlumat verilib.
Əməliyyat son iki həftə ərzində Xan Yunisdəki Avropa Xəstəxanasının ərazisində aparılıb.
"Bizim İranın proksi qüvvələrinə qarşı müharibəmiz bütün cəbhələrdə aparılır. Son iki həftə ərzində ordumuz Məhəmməd Sinvarın cəsədinin tapıldığı Xan Yunisdəki Avropa Xəstəxanası ərazisində HƏMAS-ın irimiqyaslı yeraltı infrastrukturunun yerləşdirilməsi və xəritələşdirilməsi üçün məqsədyönlü əməliyyat həyata keçirib", - məlumatda qeyd olunub.
Qeyd olunub ki, tunelə təqribən 250 kubmetr beton tökülüb və qapadılıb.
📍Our war against Iranian proxies is on all fronts:
— Israel Defense Forces (@IDF) June 17, 2025
Over the past two weeks, our troops conducted a targeted operation to locate and map out large-scale underground Hamas infrastructure in the area of the European Hospital in Khan Yunis, where the body of Mohammed Sinwar was… pic.twitter.com/GsQkLblB2p