Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İsraildən İranın raket anbarına HÜCUM
İsrail Hərbi Hava Qüvvələri İranda 12 raket buraxılış qurğusuna və raket anbarına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri İranın mərkəzindəki raket buraxılış sistemləri və "yer-yer" tipli raketləri anbarlarına bir sıra zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələri alınan kəşfiyyat məlumatlarına əsasən, 12 reaktiv yaylım atəşi qurğusuna hücum edib. Raketlər mülki İsrail sakinlərinə tuşlanmışdı", - Mətbuat Xidməti bildirib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın qərbində raket buraxılış sistemlərinə zərbələr seriyasını tamamlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə silsilə zərbələr endirib. Zərbələr zamanı bir neçə obyekt və onlarla "yer-yer" tipli raket buraxılış qurğuları vurulub", - dərc olunan bəyanatda deyilir.
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrana qarşı yeni zərbələr həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilir ki, İsrailin hava hücumları zamanı əsas hədəflərdən biri Tehranın ətrafındakı neft emalı zavodu olub.
Zərbələr həmçinin daha əvvəl də hücuma məruz qalmış İran Dövlət Yayım Korporasiyasının (IRIB) binasını da əhatə edib.
İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə yeni hava hücumu dalğasına başlayıb.
Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Ordusunun (SAXAL) zərbələrlə bağlı təfərrüatı daha sonra təqdim edəcəyi gözlənilir.
"İsrail ordusu Tehrana yol açmaq və İranın ali hərbi rəhbərliyinə zərbə endirmək üçün bu ölkənin müdafiəsini yarıb".
Oxu.Az "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-mayor Şlomi Binder bildirib.
O əlavə edib ki, yaxın gələcəkdə İranın daha həssas hədəflərinə zərbələr endirmək üçün kəşfiyyat işi davam edəcək.
İsrailin Təbriz şəhərinə endirdiyi hava zərbələri nəticəsində İran ordusunun iki zabiti həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "KhabarFouri" nəşri məlumat yayıb.
İranın qərbində yerləşən Lurestan vilayətində 13 iyundan bəri İsrail hücumları nəticəsində azı 21 nəfər həlak olub.
Oxu.Az-ın İran mediasına istinadla verdiyi məlumata, bu barədə İran parlamentinin deputatı bildirib.
İsrailin çərşənbə axşamı səhər İranın İsfahan əyalətinə hücumu zamanı üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Mehr" agentliyi bildirib.
İsfahan əyalətinin qubernatoru Əkbər Salehi İranın İsfahan şəhərinin hava hücumundan müdafiə vasitələrinin bir neçə kiçik pilotsuz təyyarəni vurduğunu bildirib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının rəisi və "Hatem əl-Ənbiya" Mərkəzi Komandanlığının rəhbəri general Əli Şadmaninin öldürüldüyünü rəsmən təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Dəqiq kəşfiyyat məlumatlarının ardınca İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bir gecədə Tehranın mərkəzində yerləşən qərargaha hücum edərək hərbi qərargah rəisi, ən yüksəkrütbəli hərbi komandir və İranın Ali Rəhbəri Əli Xameneinin ən yaxın adamı Əli Şadmanini öldürüblər", - deyə məlumatda qeyd olunub.
İranın Kaşan şəhərinin səmasında İsrail ordusuna məxsus PUA vurulub.
Oxu.Az bu barədə İran KİV-ə istinadən xəbər verib.
Məlumatı İsfahan əyalətinin hakimiyyət orqanları da təsdiq edib.
Qeyd olunur ki, pilotsuz uçuş aparatının hədəfi Natanzdakı nüvə obyekti olub.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbrizin qərbində yerləşən raket istehsalı obyekti hücuma məruz qalıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
"NourNews" agentliyi isə Təbriz şəhərində iki ardıcıl partlayışın baş verdiyini yazıb.
Bu gün səhər saatlarında İsrail ordusu Tehrana hava zərbələri endirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Şəhərdə partlayış səslərinin eşidildiyi bildirilib.
İsrail ordusu gecə ərzində İranın qərbindəki hərbi hədəflərə irimiqyaslı zərbələr endirib.
Bildirilib ki, onlarla raket anbarı və buraxılış qurğusu, pilotsuz uçan aparatların saxlandığı obyektlər məhv edilib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi