Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib
Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan İsrailin keçmiş müdafiə naziri Yoav Qalant deputat mandatından imtina etmək və müvəqqəti olaraq siyasətdən getmək qərarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən tezliklə Knessetin spikerinə istefa qərarım barədə məlumat verəcəyəm. Bununla da mənim 45 illik dövlət qulluğum başa çatacaq: onlardan 35-i İsrail Müdafiə Qüvvələrində, qalanları isə Knessetdə keçib", - o, çıxışında bildirib.
66 yaşlı Qalant siyasi karyerasına fasilə vermək qərarına gəldiyini, lakin parlamenti tərk etməsinə baxmayaraq, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyasının üzvü olaraq qalacağını açıqlayıb.
"Yoav Qalant" teqi üzrə xəbərlər
- İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"
- BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
- İsraildə Müdafiə və Xarici İşlər nazirliklərinin yeni rəhbərləri təyin edildi
- Yoav Qalant vəzifədən uzaqlaşdırılandan sonra ilk açıqlama ilə çıxış edib
- İsrailin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb
Rəylər