Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsraildə Müdafiə və Xarici İşlər nazirliklərinin yeni rəhbərləri təyin edildi
Knesset (parlament) İsrael Katsın yeni müdafiə naziri, Gideon Saarın isə yəhudi dövlətinin XİN rəhbəri təyin olunmasını təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ynet" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, parlamentin iclası Baş nazir Benyamin Netanyahunun əvvəlki müdafiə naziri Yoav Qalantın istefası barədə qərarının noyabrın 7-də qüvvəyə minməsindən dərhal sonra başlayıb. Knesset hökumətdəki dəyişiklikləri təsdiqləyib.
Nəşrin məlumatına görə, yeni nazirlərin təyin olunmasını 58 deputat dəstəkləyib, müxalifət səsverməyə qatılmayıb.
Həmçinin Sağçı Dövlətçilər Yeni Ümid Partiyasından olan deputat Zeev Elkin İsrailin şimal və cənub rayonlarının bərpasına cavabdeh olacaq maliyyə naziri vəzifəsinə təsdiq edilib.
"İsrail" teqi üzrə xəbərlər
- İsrail ordusu dron hücumlarının qarşısının alındığını bəyan edib
- Husilər İranla koordinasiyalı şəkildə İsrailə hipersəsli raketlər atıblar
- İran XİN: "Əsas məqsədimiz ABŞ ilə danışıqlar deyil, İsrailin aqressiyasına qarşı durmaqdır"
- İsrailin İrana zərbəsi: Türk Hava Yolları bir neçə ölkəyə uçuşları dayandırdı
- ABŞ İrana zərbə endirilməsinə razılıq verib? - Məşhur nəşr İsrailin "yaşıl siqnal" almasından yazdı