Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zəfər Günü münasibətilə Bakıda hərbi yürüş keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilib.
Oxu.Az xəbər verir ki, hərbi orkestrin müşayiətilə keçirilən yürüş paytaxtın beş istiqamətindən başlayıb və öncədən təyin olunan məntəqələrdə yekunlaşıb.
Yürüş zamanı hərbi marşlar ifa olunub, hərbçilər "Hər şey vətən üçün!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarlarını səsləndiriblər.
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Əlavə edək ki, yürüş Bakıda beş istiqamət üzrə keçirilir.
Heydər Əliyev sarayından başlayan yürüş Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "Amay" TM;
Şəhidlər xiyabanından başlayan yürüş "Alov Qüllələri" - metronun "İçərişəhər" stansiyası - Qala Qapısı - Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
Musabəyov parkından başlayan yürüş Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı;
"Olimpik Star"dan başlayan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev sarayı - Nəsimi heykəli - Neftçilər prospekti;
Nərimanov heykəlindən başlayan yürüş Mərkəzi Park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank - "28 Mall" TM-dək davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilir.
Oxu.Az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə saat 10:00-dan başlayan yürüş 12:00-a kimi davam edəcək.
Yürüşlər aşağıda qeyd olunan istiqamətlər üzrə təşkil olunacaq:
1-ci yürüş: Heydər Əliyev sarayı - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "Amay" TM;
2-ci yürüş: Şəhidlər xiyabanı - "Alov Qüllələri" - metronun "İçərişəhər" stansiyası - Qala Qapısı - Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
3-cü yürüş: Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı;
4-cü yürüş: "Olimpik Star" - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev sarayı - Nəsimi heykəli - Neftçilər prospekti;
5-ci yürüş - Nərimanov heykəli - Mərkəzi Park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank - "28 Mall".
Zəfər Günü münasibətilə Bakı şəhəri, Bulvar ərazisi, Saat qülləsinin yanında, Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında, Lənkəranda Heydər Əliyev adına xatirə parkında, Naxçıvanda Heydər Əliyev Muzeyinin qarşısında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
Həmçinin, Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı), Heydər Əliyev küçəsi, Sabir küçəsi, Atatürk küçəsində konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.
Saat 19:00-dan 21:00-a kimi isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Bakıda Fəvvarələr meydanında, Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev parkında, Zabitlər və Koroğlu parklarında çıxışları olacaq.
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- Tayms Skver meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
- Güler: "Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir"
Rəylər