İstanbul metrosunun “Qayrettepe” stansiyasında 9 yaşlı uşağın ayağı eskalatorun pillələri arasında qalıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerinə gələn xilasedicilər eskalatorun bir pilləsini kəsiblər.
Təqribən bir saat davam edən xilasetmə əməliyyatı nəticəsində uşaq xilas edilərək xəstəxanaya aparılıb.
N.О.