Türkiyənin İstanbul şəhərində Harem-Sirkeci marşrutu üzrə hərəkət edən bərə idarəetməni itirərək əvvəlcə gəmiyə, daha sonra yanalma körpüsünə çırpılıb.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Hadisə yerinə çox sayda təcili yardım qrupu göndərilib və ərazidə işlər davam etdirilir.
Dəniz təhlükəsizliyi və xilasetmə qrupları yanalma körpüsünə ilişib qalan bərənin çıxarılması üçün səylərini davam etdirir, mümkün xəsarət və dəyən ziyanın qiymətləndirilməsi üçün araşdırmalar aparılır.
İstanbulda bərə qəzası: Gəmiyə, ardınca da yanalma körpüsünə çırpıldı