Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
İstanbulun Merter hissəsində, dükanların çox olduğu ərazidəki biznes mərkəzində baş verən yanğın söndürülüb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində yaranmış tüstüdən zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər.
Məlumatda bildirilib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
14:30
İstanbulda “Merter” Biznes Mərkəzi yanır.
Oxu.Az “Haberturk”ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
E.Ə.