Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsveçdə Qurani-Kərimi yandıran Salvan Momikanın ölüm xəbəri yayıldı - FOTO/VİDEO
İsveçdə bir neçə dəfə Qurani-Kərim kitabını xalqın gözü qarşısında yandıran iraqlı qaçqın Salvan Momikanın Norveçdə ölü tapıldığı iddia olunub.
Bu barədə "The Economic Times" nəşrində məlumat verilib.
Ancaq bir neçə saat sonra bildirilib ki, xəbər təsdiqini tapmayıb.
Məlumata görə, iraqlı qaçqın və Quran tənqidçisi Salvan Sabah Matti Momika daha əvvəl İsveçin deportasiya əmrindən sonra Norveçdən sığınacaq istəyib.
Momikanın hərəkətləri qlobal səviyyədə hiddət doğurub və İsveçin NATO-ya daxil olmasını gecikdirib. O, ölkədən getməsinin səbəbi kimi, İsveç hakimiyyət orqanlarının onu təqib etdiklərini deyib.