Kişi çəkiclə hava limanına gələrək qeydiyyat masasını yandırıb və işçilərə hücum edib.
Oxu.Az xəbər verir ki, kadrları "Daily Mail" yayıb.
Hadisə avqustun 20-də İtaliyanın Milan şəhərindəki Malpensa hava limanında baş verib. Kadrlarda insanların təlaş içində yanan qeydiyyat masasından qaçdığı görünür.
Hücum edən şəxs dərhal hava limanında saxlanılıb. Onun Mali vətəndaşı olduğu müəyyən edilib. Kişinin əvvəllər məhkumluğu olmayıb.