ABŞ-nin Kaliforniya ştatının Qlendeyl şəhərində naməlum kişi evdə özünü barrikadaya alıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmağa başlayıb.
Oxu.Az-ın "Fox10" telekanalının xəbərinə görə, bu barədə şəhər polisi məlumat verib.
"Şübhəli hələ də barrikadadır, o, polis əməkdaşlarına atəş açıb. Polis maşınlarına mərmilər dəyib", - deyə məlumatda bildirilib.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Qaynar xətt:
(055) 224 12 12