Rusiyanın Kamçatka diyarının sahillərində 7.7 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 125 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
Kamçatka diyarının qubernatoru Vladimir Solodov zəlzələ səbəbindən sunami təhlükəsi elan edib.