Kanada polisi "Air Canada" aviaşirkətində 17 il saxta vəsiqə ilə sərnişin təyyarəsi idarə edən və 900-dən çox uçuş həyata keçirən pilotun həbs edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ceffri Uoll iyunun 1-də həbs olunub. İstintaq orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, o, 2009-cu ildən 2025-ci ilədək müvafiq lisenziya almadan və tələb olunan sınaqlardan keçmədən 900-dən artıq reys həyata keçirib.
Pil polisinin rəis müavini Milinoviç bu hadisəni film ssenarisi ilə müqayisə edib. O izah edib ki, Uoll ekipaj komandiri vəzifəsinə qədər yüksəlib və "Boeing 767", "777" və "787" təyyarələrini idarə edib. Polis vurğulayıb ki, Uollda heç vaxt 2009-cu ildə kapitan vəzifəsinə yüksəldikdən sonra məcburi olan nəqliyyat aviasiyası pilotu lisenziyası (ATPL-A) olmayıb.
Həmin şəxs 2025-ci ildə sənədlərin planlı yoxlanışı zamanı aşkara çıxarılıb və "Air Canada" özü tənzimləyiciləri orqanları məlumatlandırıb, ardınca Uoll vəzifəsindən kənarlaşıb və yanvar ayında "İkar layihəsi" adlı təhqiqat işinə start verilib.
Aviaşirkət bəyan edib ki, sərnişinlərin təhlükəsizliyinə zərər dəyməyib, çünki Uoll hər altı aydan bir bacarıqlarını təsdiqləyib. Lakin şirkətdə vurğulayıblar ki, düzgün lisenziyanın olması təhlükəsizliyin ən vacib elementidir, ona görə də məsələyə ciddi yanaşılıb. İndi Uoll məhkəmənin qərarını gözləyir.