ABŞ-də keçirilən aralıq seçkisinin nəticələrinə əsasən, Demokratlar Partiyası 95%-dən çox ehtimalla Konqresin Senatında nəzarəti əldə edəcək.
Oxu.Az xəbər verir ki, bu məlumat "The New York Times" qəzetinin hesablamalarında yer alıb.
Nəşrin məlumatına görə, demokratlar Konqresin yuxarı palatası üzərində nəzarəti təmin etmək üçün həlledici əhəmiyyət daşıyan dörd ştatda böyük ehtimalla qələbə qazanacaqlar.
Nəşr bildirir ki, DDHQ portalı da Nümayəndələr Palatasına demokratların rəhbərlik edəcəyini proqnozlaşdırmışdı.
Qeyd edək ki, Birləşmiş Ştatlarda seçkinin nəticələrini elan edən vahid federal qurum mövcud deyil. Bu funksiyanı ölkənin ən nüfuzlu kütləvi informasiya vasitələri yerinə yetirir. Namizədlər daha çox məhz həmin medianın proqnozlarından sonra qələbələrini qeyd edir və ya məğlubiyyətlərini etiraf edirlər.
Xatırladaq ki, hazırda ABŞ-də aralıq seçkisində vətəndaşlar 100 senatordan 35-ni, eləcə də Konqresin Nümayəndələr Palatasının 435 üzvünün hamısını seçirlər. Bununla yanaşı, 36 ştatda qubernator seçkisi keçirilir.