Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı
ABŞ-ın Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindəki həmkarları SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilir.
Bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.
Tədqiqatçılar FDA (ABŞ-da Qida və Dərman İdarəsi) tərəfindən təsdiqlənmiş və hepatit C-yə qarşı istifadə olunan “boseprevir” və “GC-376” antiviral dərmanların virusun çoxalmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazanı hədəf aldıqlarını müəyyən ediblər.
Mütəxəssislər uzun müddətdir Mpro-nu SARS və MERS-ə səbəb olan SARS-CoV-2 viruslarına bənzər genlərə qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edib.
Qeyd olunur ki, “GC-376” peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklər üçün potensial müalicə vasitəsidir.
Koronavirusa qarşı digər bir namizəd isə antitumor aktivliyi olan, neyrodegenerativ xəstəliklərə qarşı kömək edən və antiviral təsir göstərən Calpain II və XII inhibitorlarıdır.
Xatırladaq ki, Rusiyanın “R-Farm” şirkəti yüngül və orta dərəcəli COVID-19 xəstəliyinin terapiyasında istifadə olunacaq “Koronavir” preparatının qeydiyyatını başa çatdırıb. Bu preparat Rusiyada və dünyada SARS-CoV-2-nin fəsadları ilə deyil, birbaşa virusun özü ilə mübarizə aparan ilk dərman vasitəsi hesab olunur.
Mövzuya aid xəbərlər
- Rusiya koronavirusu müalicə edən dərmanın istehsalına başlayır
- Avropada koronavirusa qarşı dərmanın istifadəsinə icazə verildi
- Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO
- Koronavirusun müalicəsi üçün “ən effektiv dərman”ın zərərləri açıqlandı
- Koronavirusun müalicəsi üçün ən effektiv dərman cəmi 10 manata başa gəlir
Rəylər