Səudiyyə kralının vəliəhdi şahzadə Əl Vəlid Bin Talal azərbaycanlı iş adamının “Mardan Palace” otelini bir neçə günlük bağlatdırıb.
Oxu.Az milliyet-ə istinadən xəbər verir ki, o, şəxsi təyyarəsi ilə bu gün Antalyaya eniş edib.
Daha sonra 30 avtomobillik korteji ilə “Mardan Palace”a gedib.
Vəliəhdin G20 ölkələrinin zirvə toplantısında iştirakı gözlənilir.