Sosial şəbəkələrdə Rusiya xarici işlər naziri Sergey Lavrovun amerikalı jurnalistlərə irad tutmasının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə danışıqlardan əvvəl jurnalistlər görüş iştirakçılarına suallar verməyə başlayıblar.
Rusiya XİN rəhbəri onlardan soruşub: “Sizə kim tərbiyə verib?”.
S.Lavrov sualı iki dəfə təkrarlamalı olub, çünki onun sözləri birinci dəfədən eşidilməyib.
S.B.
www.oxu.az