Rusiyanın xarici işlər naziri Serqey Lavrov İŞİD terror qruplaşmasının Portuqaliyadan Pakistana qədər olan ərazini işğal etməyi planlaşdırdığını bildirib.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, Lavrov belə bir bəyanatla BMT-nin Baş Assambleyasının mətbuat konfransında çıxış edib.
“Terrorçular Portuqaliyadan Pakistana qədər olan əraziləri zəbt etməyi planlaşdırıblar. Onlarla daha effektiv mübarizə aparmaq lazımdır”, - Lavrov qeyd edib.
XİN rəhbəri həmçinin əlavə edib ki, Rusiyanın Suriyadakı hədəfləri “Cəbhat ən-Nüsrə”, İŞİD və ölkə ərazisində fəaliyyət göstərən digər terorr təşkilatlarıdır.