ABŞ Konqresinin Senatında mərhum qardaşı Lindsi Qremin yerinə müvəqqəti təyin olunan Darlin Qrem bu vəzifəni daimi əsaslarla tutmaq üçün seçkidə iştirak edəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
"Mən qərarımı vermişəm. Yarışa qoşuluram", - deyə Darlin Qrem müvafiq suala cavabında qeyd edib.
Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster iyulun 13-də Darlin Qremi iyulun 11-də vəfat edən senator Lindsi Qremin yerinə onun səlahiyyət müddətinin sonunadək - 2027-ci ilin yanvarınadək Senata müvəqqəti üzv təyin edib.
Lindsi Qrem iyulun 11-də 71 yaşında qəfil vəfat edib. O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. Sənəd aprelin əvvəlində ABŞ senatorlarından ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilmişdi.
Qeyd edək ki, Lindsi Qrem Rusiyaya qarşı sərt mövqeyi ilə yanaşı, İsraili fəal şəkildə dəstəkləyir və ABŞ-nin İrana qarşı hərbi kampaniyasının əsas tərəfdarlarından biri kimi tanınırdı.