Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Litva Rusiya və Belarusla razılaşmaları ləğv edir
Litva prezidenti Gitanas Nauseda Rusiya Federasiyası və Belarusla iqtisadi sazişlərin ləğvi barədə qərarını təsdiq üçün Seymə (parlament) təqdim edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Rusiya və Belarusla iqtisadi əməkdaşlıq sahəsində üç beynəlxalq müqavilənin denonsasiyasına dair sənədlər Seymə təqdim edilib", - məlumatda bildirilir.
Prezident parlamentə investisiyaların təşviqi və qorunması haqqında Belarusla 5 mart 1999-cu il tarixli müqaviləni ləğv etməyi təklif edir. Digər iki qərar isə Litva-Rusiya razılaşmalarına aiddir. Bunlar, oxşar investisiya sənədi və ikiqat vergi müqaviləsidir. Həmin sənədlər 29 iyun 1999-cu ildə imzalanıb.
Rəylər