Avropada anomal istilər hökm sürür və yeddi ölkədə yüksək temperatur səbəbindən sarı təhlükə səviyyəsi elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Londonda bu cür hava şəraiti ekstremal istilərlə mübarizəyə həsr olunmuş tədbirin ləğv edilməsinə səbəb olub.
Söhbət London İqtisadiyyat Məktəbi kitabxanasında İqlim Dəyişikliyi ilə Mübarizə Həftəsi çərçivəsində keçirilməsi planlaşdırılan tədbirdən gedir. Tədbir meteorologiya xidmətinin əlverişsiz hava şəraiti ilə bağlı "qırmızı" xəbərdarlıq yaymasından sonra ləğv edilib.
Konfransın təşkilatçıları bildiriblər ki, universitet binası Londondakı əksər binalarda olduğu kimi sərinlətmə sistemləri ilə təchiz olunmayıb. Buna görə də konfransın keçirilməsi təhlükəli hesab edilib.