Venesuela prezidenti Nikolas Maduro bazar günü 72 saat ərzində ən iri nominala malik əsginasın 100 bolivarın dövriyyəsinin dayandırılmasını elan edib. 100 bolivarın “qara bazar”da qiyməti təxminən 2 ABŞ sentinə bərabərdir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu tədbir həmin gün ölkədə xüsusi iqtisadi vəziyyətin uzadılmasına dair imzalanan qərarın çərçivəsində həyata keçirilib.
“Maduro ilə əlaqə” verilişinin efirində dövlət başçısı bildirib ki, 100 bolivarlıq əsginasların müsadirəsi Kolumbiya ilə sərhəddə Venesueladan qanunsuz olaraq mal çıxarmaqla məşğul olan mafiyanın fəaliyyətinə zərbə vuracaq. Bu əsginaslar eyni dəyərli sikkələrlə əvəz edilib.
Dekabrın 15-dən Venesuelada 500-dən 20 min bolivara qədər altı yeni əsginas dövriyyəyə buraxılır. Tənzimləyici 500, 1000, 2000, 5000, 10000 və 20000 bolivarlıq əsginazlar buraxacaq.
Bu yeniliyə səbəb kəskin böhran olub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Venesuela 2016-cı ili 700% yuxarı böhran və ÜDM-nin 10% düşməsi göstəriciləri ilə başa vuracaq.
N.O.
www.oxu.az