Maldiv adalarında köpəkbalığı rusiyalı turisti dişləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "SHOT" "Telegram" kanalı xəbər yayıb.
Bildirilib ki, hadisə zamanı Moskvadan olan Yekaterina adlı turist qolundan ciddi xəsarət alıb və təcili əməliyyat olunub.
Məzuniyyət zamanı Yekaterina köpəkbalıqları ilə snorklinqə gedib. Onun sözlərinə görə, dalışın ilk dəqiqələri sakit keçib və o, bütün təhlükəsizlik qaydalarına əməl edib. Lakin qəfil köpəkbalıqlarından biri onun biləyindən dişləyib.
Zərərçəkən dərhal köpəkbalığını əli ilə itələyib və sürətlə turist qayığına doğru üzərək oraya çıxarılıb. Göyərtədə ona ilkin tibbi yardım göstərilib.