Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Marko Rubio: "Ukrayna istənilən razılaşmada ərazi güzəştinə getməli olacaq"
ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedən təyyarədə jurnalistlərə bildirib ki, Ukrayna münaqişənin dayandırılması haqqında istənilən razılaşma çərçivəsində Rusiyanın 2014-cü ildən etibarən ələ keçirdiyi ərazini güzəştə getməli olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat paylaşıb.
M.Rubionun sözlərinə görə, ukraynalılar və rusiyalılar bu münaqişəyə son qoymaq üçün çətin şeylər etməli olacaqlar.
Dövlət katibi potensial razılaşmanın bütün planını açıqlamaqdan imtina edib, lakin eyham vurub ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını başa düşməlidir.
"Marko Rubio" teqi üzrə xəbərlər
- ABŞ dövlət katibi Marko Rubio homoseksualdır? - Müavinindən İDDİA
- ABŞ USAID proqramlarının 83 faizini bağlayır
- ABŞ HƏMAS tərəfdarlarının vizalarını və "green card"larını ləğv edəcək
- "Kəs səsini, kiçik adam!": Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər
- İlon Mask ABŞ dövlət katibi ilə mübahisə edib