ABŞ Müstəqillik Günündə (4 iyul) İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasının zəruriliyi ilə bağlı sorğu keçirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Müstəqillik günü ikipartiyalı (bəziləri deyirlər ki, birpartiyalı) sistemdən müstəqillik istəyib-istəmədiyinizi soruşmaq üçün əla vaxtdır! "Amerika" partiyası yaratmağımıza dəyərmi?", - deyə o soruşub.
Maskın verdiyi sual üzrə səsvermə 24 saat davam edəcək. Sorğunun başlanmasından bir saat ərzində 81 mindən çox istifadəçi iştirak edib, sorğu iştirakçılarının 64.8%-i partiyanın yaradılmasını dəstəkləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Mask yeni siyasi partiyanın yaradılmasına çağırıb.
