Amerikalı milyarder İlon Mask onun 1990-cı illərdə ABŞ-də qanunsuz işlədiyini iddia edən ölkə Prezidenti Co Baydenin yalan danışdığını bildirib.
"Mənim, əslində, iş icazəm var idi. Kukla Bayden yalan danışır", - Mask "X"də (əvvəlki "Twitter") yazıb.
Bayden Maskın keçmişi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra biznesmenin ABŞ-yə tələbə vizası ilə gəldiyini, lakin əvəzində işlədiyini və bununla da "qanunları pozduğunu" deyib.
"O, yalnız indi qeyri-qanuni miqrantlar haqqında danışmağa başlayıb", - Mask dövlət başçısına cavab verib.
Qeyd edək ki, İlon Mask ABŞ-yə 1996-cı ildə Cənubi Afrika Respublikasından gəlib.
Rəylər