Meksikada güclü yağışlar və onların doğurduğu daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Oxu.Az bildirir ki, bu barədə Meksika İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, itkin düşmüş 27 nəfərin axtarışları davam edir.
Bundan başqa, fəlakə bölgəsində min kilometrdən çox avtomobil yolu zərər görüb.