Moskva şəhərində 81 yaşlı kişi su istəyən iki yeniyetməni mənzilinə buraxdıqdan sonra əmanətlərinin yoxa çıxdığını başa düşüb.
REN TV xəbər verir ki, binanın girişində yaşlı kişiyə yaxınlaşan iki yeniyetmə su içmək istədiklərini bildiriblər.
Uşaqları evinə aparan təqaüdçü onlara su verib və yola salıb. Bir neçə saat sonra isə 480 min rubl (11 min manat) pulunun yoxa çıxdığını görüb.
Faktla bağlı cinayət işi başlanıb.
Polis oğurluğu həyata keçirən yeniyetmələri axtarır.