Muncuqlu əcaib spiral, qorxunc görüntülü asılqan, mürəkkəb və qəribə metal mexanizmlər - bütün bunlar London Elm Muzeyinin işçiləri üçün uzun illərdir sirr olaraq qalan əşyalardır. Ancaq muzeyin kuratorları bu sirləri tapmaq üçün unikal yol seçiblər: Onlar naməlum əşyaların fotolarını dərc edərək, ictimaiyyətdən kömək istəyiblər.
Bu barədə PM xəbər yayıb.
Bildirilir ki, belə mistik və anlaşılmaz əşyaların kolleksiyası ümumilikdə 7,3 milyon eksponat təşkil edir. Muzey işçiləri ümid edirlər ki, insanların köməyilə obyektlərin məqsədi və tarixi ilə bağlı tapmacanı həll edə biləcəklər.