Çərşənbə axşamı Barak Obamanın xanımı Mişel Obamanın memuarı ABŞ-da satışa çıxarılacaq.
Oxu.Az Life.ru nəşrinə istinadən xəbər verir ki, kitab “Quruluş” adlanır.
Mişel Obama öz kitabında ailə münasibətlərindən, uğura necə nail olmalarından bəhs edib. Həmçinin, Mişel Obama memuarda onu sevən və sevməyən insanların haqqında söylədikləri fikirlərə də yer ayırıb.
O, həyat yoldaşı, sabiq prezident Barak Obamanın ABŞ vətəndaşlığını şübhə altına aldığı üçün Trampı heç vaxt bağışlamayacağını yazıb.
Mişel Obama Barak Obamanın ABŞ-da deyil, Keniyada doğulması, buna görə də prezidentliyə iddia etməli olmaması barədə gəzən şayiələri dəstəklədiyinə görə Trampı bağışlamayacağını vurğulayıb.
Mişel Obama 20 il öncə uşaq itirdiyini, əri ilə münasibətlərini qaydaya salmaq üçün dəfələrlə psixoloji yardım aldığını xatırladıb.