London Metal Birjasında (LME) misin qiyməti tarixi maksimuma çatıb.
Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ticarət əməliyyatları zamanı misin qiyməti bir ton üçün 11 146 dollar (+0.92%) səviyyəsinə çatıb.
Əvvəlki rekord 2024-cü ildə qeydə alınıb. Bildirilir ki, misin qiyməti bir ildə 26% artıb. Agentlik, həmçinin vurğulayır ki, qiymət mədənlərdə metal hasilatının azalması səbəbindən yüksəlir.
Xatırladaq ki, sentyabrın 24-də birjada misin qiyməti 2022-ci ildən bəri ilk dəfə 10 min dollar səviyyəsindən yuxarıda möhkəmlənib.