Misir ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza zolağında nizamlanma üzrə Sülh Şurasına qoşulmağa razılıq verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, dəvətnamə ərəb respublikasının Prezidenti Əbdül Fəttah əs-Sisiyə göndərilib.
"ABŞ Prezidenti Donald Tramp öz misirli həmkarı Əbdül Fəttah əs-Sisiyə Sülh Şurasına qoşulması ilə bağlı dəvətnamə göndərib. Misir bu addımı alqışlayır və təşkilata qoşulmağa razı olduğunu bəyan edir", - deyə məlumatda bildirilib.