“Armavir” Cinayət İslah İdarəsində cəza çəkən Moldova vətəndaşı həbsxana kamerasında özünə qəsd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, 1976-cı il təvəllüdlü Moldova vətəndaşı özünü kamera pəncərəsinin dəmir barmaqlığından asıb.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Məhkumun ölümünün təfərrüatları araşdırılır.