Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Moskvada Qırmızı meydana giriş bağlanıb - VİDEO
“Crocus City Hall” konsert kompleksində baş verən terror aktından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın paytaxtı Moskvada Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıblar.
Meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Hadisə zamanı 62 nəfər ölüb, 147 nəfər yaralanıb.
Mənbə: TASS