Azərbaycanın paytaxtı moskvalı turistlərin 2017-ci ilin may tətillərində istirahət üçün üz tutduqları on populyar şəhərlərin siyahısına daxil olub.
May tətillərində səfər üçün ən populyar olan xarici şəhərlərin ilk onluğuna, həmçinin Praqa, Barselona, Minsk, Tbilisi, Budapeşt, Yerevan, Tallin, London və Paris daxildir.
Oxu.Az xəbər verir ki, bu reytinq RoomGuru.ru hotel axtarışı servisi tərəfindən tərtib edilir.
Reytinq aprelin 29-dan mayın 10-na qədər yaşayış üçün hotel və apartamentlərin bron edilməsinə dair məlumatlar üzrə tərtib edilib.
N.О.
www.oxu.az