Nepalda baş verən daşqınlar səbəbindən ziyan çəkmiş "Trişuli 3A" su elektrik stansiyasının tunelində ən azı üç nəfər sağ olaraq tapılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı xilasetmə işlərinə cəlb olunan nepallı deputat Rama Neupane "Facebook" hesabında açıqlama verib.
"Sancay Sah tuneldən çıxarılıb. Daxildə başqa şəxslərin də olduğuna dair məlumatlar var. Axtarış-xilasetmə tədbirləri hazırda davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Bundan bir neçə dəqiqə sonra millət vəkili xilas edilmiş şəxslər barədə əlavə iki post da yayımlayıb.
Qaynar xətt:
(055) 224 12 12