Nepal parlamenti çərşənbə günü prezidentini seçib, prezident ilk dəfə qadın olub. Bu, Bidxia Bhandaridir, Associated Press agentliyi məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Bhandari çoxdandır ki, qadınların hüquqları üçün fəal çıxış edir. O, hal-hazırda iqtidar partiya olan Nepal Kommunist partiyasının sədr müavinidir.
Bhandari 214 səsə qarşı 327 səs toplayaraq Nepal konqresi partiyasından əsas rəqibi olan Bahandura Qurunqaya qalib gəlib.
Sentyabrın 20-də ölkədə yeni konstitusiya qəbul edilib. Yeni konstitusiyanın qəbul edilməsi dövlətin induizm dövlətindən sivil dövlət quruluşuna keçidi dəstəkləmək məqsədi güdür.