Niger silahlı qüvvələri əməliyyat zamanı "Boko Haram" terror qruplaşmasının lideri İbrahim Mahamadunu öldürdüyünü bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" Niger ordusunun əməliyyat xülasəsinə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat avqustun 15-də Diffa bölgəsindəki Şilava adasında keçirilib. Silahlıların liderinin Çad gölündəki sığınacağına havadan üç hədəf zərbəsi endirilib.
Bildirilir ki, İbrahim Mahamadunun təxminən 40 yaşı olub. O, 2021-ci ilin mayında Abubakar Şekaunun ölümündən sonra "Boko Haram"a başçılıq edib.
Qeyd edək ki, "Boko Haram" terror aktları, adam oğurluğu və qətllər ilə tanınır.