Nigeriya Prezidenti Bola Tinibu artan hücumlar və insan oğurluqları fonunda ölkədə təhlükəsizlik sahəsində fövqəladə vəziyyət elan edib.
Oxu.Az bu barədə "The Punch" qəzetinə istinadən xəbər verir.
Dövlət başçısı polisə və silahlı qüvvələrə artan qeyri-sabitliklə mübarizə aparmaqdan ötrü əlavə əməkdaşlar toplamağı da əmr edib.
20 min yeni zabitin cəlb edilməsi ilə planlaşdırılan ümumi toplama 50 min nəfərədək çatdırılacaq.
Xatırladaq ki, noyabrın 22-də silahlı şəxslər Nigeriyanın qərbində katolik məktəbinə hücum edərək 220 şagirdi və 12 müəllimi oğurlayıblar.