Norveçli yeniyetmə dayanacaqdan marşrut avtobusunu qaçıraraq onunla 200 kilometrdən çox məsafə qət edib və İsveçin Stenunqsund şəhərinə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç polisi məlumat yayıb.
Məlumata görə, aprelin 14-də səhər saatlarında Vestü kommunasındakı avtobus parkından polisə nəqliyyat vasitələrindən birinin yoxa çıxması ilə bağlı zəng daxil olub.
İzləmə sistemi avtobusun İsveçin Uddevalla şəhərində olduğunu göstərib. Məlumat İsveç polisinə ötürülüb və nəqliyyat vasitəsi saxlanılıb. Sükan arxasında 14 yaşlı norveçli olub.
Yeniyetmənin motivləri açıqlanmır, lakin yerli KİV-in məlumatına görə, o, əvvəllər də oxşar hüquq pozuntusu törədib. Yaşının az olması səbəbindən ona qarşı iş bağlanıb.
Norveç hökumət nümayəndələri hüquq pozuntusunu törədən şəxsi geri qaytarmaq üçün İsveçə yollanıblar.