Nyu-York şəhərində yağan şiddətli leysan nəticəsində bir neçə ərazini su basıb. Təbii fəlakətin ən ağır fəsadları Bruklin və Kuins bölgələrində qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC New York" məlumat yayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Nyu-Yorkun hava limanlarında yüzlərlə uçuş gecikdirilib və ya tamamilə ləğv edilib. Bundan əvvəl şəhər meri Zohran Mamdani əhalini daşqın təhlükəsi barədə xəbərdar edərək, onları lazımi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Qaynar xətt:
(055) 224 12 12