Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəhbəri Canni İnfantino Paraqvay senatoru Seleste Amariliyanın Fransa yığmasının kapitanı Kilian Mbappe haqqında səsləndirdiyi fikirləri qəti şəkildə pisləyib.
Oxu.Az xəbər verir ki, bu barədə ali futbol təşkilatının prezidenti özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xatırladaq ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa və Paraqvay milli komandalarının oyunundan (1:0) sonra senator yeganə qolun müəllifi olan Mbappeni irqçi zəmində təhqir edib. Daha sonra Fransa Futbol Federasiyası bu açıqlamanı qəbuledilməz adlandıraraq, məsələ ilə bağlı prokurorluğa müraciət edildiyini bildirib.
"Paraqvaylı senator Seleste Amariliya tərəfindən Kilian Mbappeyə qarşı səsləndirilən irqçi fikirləri qətiyyətlə qınayıram. Futbol ictimaiyyəti və bütövlükdə cəmiyyət Fransa yığmasının kapitanı ilə həmrəydir: biz irqçiliyə qarşı mübarizə aparmalı və onu birlikdə kökündən məhv etməliyik", - deyə FIFA rəhbəri vurğulayıb.