Oman ABŞ-nin nüvə sazişi təklifinin detallarını İrana təqdim edib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
"Omanın xarici işlər naziri Bədr Əl-Busaidi ABŞ-nin təklifini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər edib", - nazir "X" sosial şəbəkəsində yazıb.
İranlı nazirin sözlərinə görə, Tehran milli maraqlardan çıxış edərək lazımi cavab verəcək.