Omanın şərq hissəsində yerləşən Dukm ticarət limanında saxlanılan yanacaq rezervuarlarına bir qrup pilotsuz uçuş aparatı vasitəsilə həmlə təşkil olunub.
Oxu.Az-ın məlumatına əsasən, sözügedən hadisə ilə bağlı Oman İnformasiya Agentliyi xəbər dərc edib.
Sultanlığın təhlükəsizlik orqanlarından verilən məlumata görə, zərbə nəticəsində anbarlardan biri hədəf alınıb. Qeyd olunur ki, insident zamanı yaranmış fəsadlar aradan qaldırılıb və hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.