Özbəkistanda ölkə qanunlarına müvafiq olaraq prezident seçkilərində təcili səsvermə noyabrın 24-də başlayacaq və dekabrın 2-də başa çatacaq.
Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
Özbəkistanın birinci prezidenti 78 yaşlı İslam Kərimov sentyabrın 2-də vəfat edib. Respublikanın rəhbərliyini müvəqqəti olaraq baş nazir Şövkət Mirziyeyev icra edirdi. Prezident seçkiləri dekabrın 4-də keçiriləcək. Dövlət başçısı beş illik müddətə seçiləcək.
“Özbəkistan respublikasının prezident seçkiləri haqqında” qanuna müvafiq olaraq, seçkilər günü yaşayış yerində olmaq imkanından məhrum olan seçicilər təcili səsvermədə iştirak edə bilərlər. Təcili səsvermə seçkilərdən on gün öncə başlayır və seçkilərə bir gün qalmış başa çatır.
N.O.
www.oxu.az