Pakistanın Karaçi şəhərində dördulduzlu hoteldə baş verən yanğın nəticəsində ən azı 11 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə polis zabiti Taukira Naemaya istinadən “Associated Press” məlumat yayıb.
Ölənlərin əksəriyyətinin dəm qazından boğulması dəqiqləşdirilib.
Son məlumata görə, ümumilikdə 50 nəfər xəsarət alıb. Onların arasında xarici vətəndaşlar da var.
Yanğının başvermə səbəbi müəyyənləşdirilir.
N.O.
www.oxu.az