Ötən gün Gümrüdə yerli hökumət qurumları tərəfindən istifadəyə verilən musiqili fəvvarələrdə "Dolya vorovskaya" ("Oğrunun nəsibi") mahnısının səsləndirilməsi Nikol Paşinyanın qəzəbinə səbəb olub.
Oxu.Az xəbər verir ki, Nikol Paşinyan Gümrüdəki hadisəyə öz "Facebook" hesabında münasibət bildirib.
"Oğru həbsxanada olmalıdır, fəvvarələrlə öyünməməlidir", - N.Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın ikinci böyük şəhəri Gümrüdə bu ilin martında keçirilən mer seçkisində müxalifətin vahid namizədi Vardan Qukasyan qalib gəlib. Qukasyan rusiyapərəst mövqeyi ilə tanınır. O hətta Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olması ideyasını irəli sürmüşdü.