Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyan Ermənistanın vilayət qubernatorlarının səlahiyyətlərini azaldır
Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın vilayətlərindəki infrastruktur obyektlərinin idarəçiliyini tədricən hökumətin nəzarətinə keçirir. Əvvəllər bu obyektlərə region qubernatorları cavabdeh idi.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən xəbər verib.
Qəzetin məlumatına görə, Paşinyan vilayət qubernatorlarının səlahiyyətlərini məhdudlaşdırır: avtoparklarını kiçildib, məktəbləri onların tabeliyindən çıxarıb, indi isə xəstəxanaları Səhiyyə Nazirliyinə təhvil verib.
Nəşrin iddiasına görə, yaxın gələcəkdə baş nazir vilayət qubernatorlarının vəzifələrini tamamilə ləğv edərək, Ermənistanda köhnə "feodal" institutu ortadan qaldırdığını elan edəcək.
"Həqiqətən bu, hakimiyyətin və resursların mərkəzləşdirilməsidir və çox güman ki, qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır. Məktəblər, xəstəxanalar, sosial xidmətlər böyük inzibati resursdur. Görünür, Paşinyan özü təyin etdiyi vilayət qubernatorlarına etibar etmir və bu resursu şəxsən idarə etmək qərarına gəlib", - deyə nəşr vəziyyətdən xəbərdar olan anonim mənbənin sözlərini sitat gətirib.
Digər tərəfdən, qəzetin məlumatına görə, hazırkı qubernatorlar əvvəlkilərin öz ərazilərində sahib olduqları nüfuz və səlahiyyətlərə malik deyillər.
"Birləşdirilmiş icmaların rəhbərləri daha çox təsir rıçaqlarına malikdirlər və vilayətdaxili münasibətlər icma başçıları tərəfindən tənzimlənir, nəinki vilayət qubernatorları tərəfindən. Təbii ki, onlar seçici səslərini "Vətəndaş Sazişi" partiyasının xeyrinə yönəldəcəklər", - deyə nəşr iddia edir.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyanın arvadı erməni diplomatları təhqir etdi - Ermənistan XİN susdu
- Yoxsulluq içində, amma Avropa İttifaqında: Paşinyan Ermənistanı aclığa məhkum etməyə hazırdır
- Paşinyan: "Yeni konstitusiyanın qəbul edilməsi zəruridir"
- Sabiqlər Paşinyana qarşı - Ermənistanda gizli ittifaq qurulur
- Faktlar danışır: Ermənistanın sülh oyunu arxasında silah alışı