Baş nazir Nikol Paşinyan Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin rəhbəri Liparit Drmeyanı vəzifəsindən azad edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq qərar Ermənistan hökumətinin saytında dərc olunub.
Qeyd olunub ki, işdən çıxarılma Liparit Drmeyanın rəhbərlik etdiyi nümayəndəliyin "Ermənistanın Elektrik Şəbəkələri" işi üzrə Stokholm arbitrajının hökmünün məcburi icrasını təsdiqləməsindən sonra baş verib.
Cümə axşamı keçirilən brifinqdə Paşinyan Ermənistan hökumətindəki rəqiblərə dözüm göstərməyəcəyini bildirib. O, hökumətinin nazirlərinin hər şeydə onun mövqeyi ilə razılaşmağa borclu olduğunu vurğulayıb. Xüsusilə, bu, "Ermənistanın Elektrik Şəbəkələri" şirkəti ətrafında mübahisəli məsələlərə aiddir. Paşinyan birbaşa bildirib ki, onun kabinet üzvlərinin bu mövzuda ondan fərqli fikir söyləmək hüququ yoxdur.