"ABŞ İrandakı daxili siyasi vəziyyətin inkişafı ilə bağlı proqnozlarında səhvə yol verib. Çünki onlar süni intellektin qiymətləndirmələrinə və digər qeyri-obyektiv məlumatlara əsaslanıblar".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Düşmən elə düşünürdü ki, ölkəmizdə aclıq, qarət, sosial kollaps, qeyri-sabitlik və təzyiq yarana bilər. Lakin onların süni intellektdən əldə edilən məlumatlara, casus şəbəkələrindən və agentlərdən alınan informasiyalara əsaslanan hesablamaları bir-birinin ardınca boşa çıxdı", - deyə Pezeşkian qeyd edib.